Avinyan: Ermənistan, Rusiya, Gürcüstan və İran elektrik şəbəkələrini birləşdirir
Ermənistan, Rusiya, Gürcüstan və İranın enerji şəbəkələrinin birləşdirilməsi 2-3 il ərzində tamamlana bilər.
1news.az xəbər verir ki, bu RİA Novosti-yə müsahibəsində Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan bildirib.
Qeyd edək ki, hələ 2015-ci ilin dekabr ayında Ermənistan, Rusiya, Gürcüstan və İran qarşılıqlı elektrik axınlarının və enerji sistemlərinin təhlükəsizliyinin idarəolunması səviyyəsinin yaxşılaşdırılması üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Avinyanın sözlərinə görə, hazırda Ermənistan tərəfi Gürcüstan və İranla yüksək gərginlikli xətt çəkir. O deyib ki, Ermənistan, Gürcüstan, Rusiya və İran şəbəkələrinin fəaliyyətinin sinxronlaşdırılması vacibdir:
“Şəbəkələrin birləşdirilməsinin məqsədi tək bir qlobal bazarın və qlobal enerji infrastrukturunun olmasıdır. Biz Rusiya ilə sinxron şəkildə işləmək və ya tezliklərin konvertasiya edilməsinə imkan verəcək bir sistem qurmaq istəyirik".
Daha əvvəl baş nazirin müavini deyib ki, Ermənistan nüvə enerjisindən imtina etmək niyyətində deyil və indi yeni nüvə elektrik stansiyasının tikintisi ilə bağlı Rusiya ilə danışıqlar aparır.
P.S.