İcəvanda gərginlik: Osipyan etirazçılara güc tətbiq ediləcəyini bildirib | 1news.az | Xəbərlər
Ermənistan

İcəvanda gərginlik: Osipyan etirazçılara güc tətbiq ediləcəyini bildirib

11:25 - 18 / 07 / 2019
İcəvanda gərginlik: Osipyan etirazçılara güc tətbiq ediləcəyini bildirib

Ermənistan polisi zərurət yarandığı təqdirdə İcəvanda fiziki gücdən və xüsusi vasitələrdən istifadə edəcək.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki,  bu barədə  Ermənistan polisinin rəisi Valeri Osipyan bildirib.

Qeyd edək ki, Ermənistanın Tavuş bölgəsinin İcəvan rayonunda vəziyyəti gərgin olaraq qalır. Belə ki, iyulun 17-də axşam saatlarında bir qrup Gürcüstan ərazisinə gedən dövlətlərarası əhəmiyyət kəsb edən yolu bağlayıblar. Nümayişçilər onlara əvvəllər olduğu kimi meşələrdən ağac kəsmək üçün icazə verilməsini tələb ediblər. Polis onları yoldan kənarlaşdırmağa çalışıb, lakin etirazçılar hüquq-mühafizə orqanları əməkdaşlarına daş atıblar.

Hazırda şəhərdə vəziyyətə Ermənistan polisinin rəhbəri şəxsən nəzarət edir. Osipyan qeyd edib ki, təhlükəsizlik qüvvələrinin səbrli davranışından sui-istifadəyə yol verməyəcək.

Onun sözlərinə görə, vətəndaşlar dünən polisin qanuni tələblərinə riayət etməyiblər və yolu bloklaylblar. Bundan sonra polis yolu açmaq üçün hərəkətə keçib: 

"Lakin onlar polisləri daş, polad çubuqlar və dubinkalarla qarşılayıblar, onlarla polis xəsarət alıb, xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimətə görə cinayət işi açılıb, indi 19 nəfər polis bölməsinə gətirilib. Polis günahkarların məsuliyyətə cəlb edilməsi işini davam etdirir".

Osipyan əlavə edib ki, uzun illər regionda qanunsuz olaraq meşələrdən ağaclar kəsilib, indi buna son qoymağın vaxtıdır: 

"Biz onların polislə belə bir tonda danışmasına icazə verməyəcəyik. Polisin  tolerantlığı zəiflik deyil, zəruri hallarda xüsusi avadanlıq da daxil olmaqla, fiziki güc tətbiq ediləcək".

Qeyd edək ki, dünən baş verən toqquşmalar nəticəsində hər iki tərəfdən yaralananlar var, 13 nəfər xəstəxanaya yerləşdirilib.

P.S.

 



 

Paylaş:
933

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər