“Xalq Bank” kredit faizlərini kəskin endirdi
“Xalq Bank” ASC bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaldıb.
İndi bankın milli valyutada verdiyi biznes kreditləri 12-19% dərəcəsi ilə təklif olunur. Əhaliyə verilən istehlak kreditlərinin illik faiz dərəcələri 16-20% təşkil edir. Bu addım “Xalq Bank”ın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.
Qeyd edək ki, ölkənin bank sektorunda kredit faizlərinin bu cür kəskin şəkildə endirilməsi halı ilk dəfə baş verir. Bank kredit faizlərinin endirilməsini dövlətin monetar siyasəti, Mərkəzi Bankın aşağı uçot dərəcəsi, bazarda makro-iqtisadi vəziyyətin sabitliyi, əməkhaqqılarının və əhalinin ödəmə qabiliyyətinin yüksəlməsi, yüksək likvidlik, ümumi sabitlik fonunda biznes risklərinin azalması və digər müsbət amillərlə izah edir.
“Xalq Bank”ın təklif etdiyi biznes kreditlər 5 ilədək müddətə illik 12-19%, istehlak kreditləri isə 4 ilədək müddətə 16-20% verilir. Bank daxili ipoteka proqramını bərpa edib və ipoteka krediti müştərilərə maksimal məbləği 250 000 manat olmaqla, 10 ilədək müddətə, 10-12%-lə təklif olunur. Dəyişikliklər artıq təsdiqlənib və yaxın günlərdə qüvvəyə minəcək.
Xalq Bankın xidmət və məhsulları haqda ətraflı məlumat almaq üçün filiallara, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.
Reklam hüququnda