Qeqam Petrosyan həbsdən azad edilib
Ermənistan polisinin keçmiş baş qərargah rəisi Qeqam Petrosyan həbsdən azad edilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun vəkili Vaqarşak Qevorkyan deyib.
"Əminəm ki, qısa müddətdə cinayət təqibi dayandırılacaq, çünki Petrosyana aid heç bir hal yoxdur. Buna görə də ona qarşı irəli sürülən əsassız, qanunsuz ittiham dayandırılacaq", vəkil bildirib.
Petrosyan 2008-ci il 1-2 mart tarixlərində İrəvanda baş verən hadisələrin cinayət istintaqı çərçivəsində həbs olundu. İstintaq orqanları onu mitinq iştirakçısı Zakar Ovannisyanı qəsdən öldürməkdə ittiham edib.
31 yaşlı Zakar Ovhannisyan 2008-ci ilin martında Maştots prospektində baş verən qarşıdurmalar zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, əməliyyatdan sonra ayılmayıb. İddia olunan cinayətin baş verdiyi anda, Petrosyan Ermənistan Polisi Komandanının müavini, eyni zamanda Polis Qərargah rəisi vəzifələrini tutub.
2008-ci ildə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət prezident seçkilərinin nəticələrinə qarşı çıxaraq mitinqlərə başlayıblar. Uzun müddət davam edən etiraz aksiyaları martın 1-2-də toqquşmalara çevrilib, nəticədə 10 nəfər ölmüş, 230 nəfər yaralanıb.
P.S.