Atambayev istintaq təcridxanasına yerləşdirilib | 1news.az | Xəbərlər
Dünya

Atambayev istintaq təcridxanasına yerləşdirilib

10:12 - 09 / 08 / 2019
Atambayev istintaq təcridxanasına yerləşdirilib

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.

Onun sözlərinə görə, A. Atambayev avqustun 26-dək orada saxlanılacaq.

Vəkil qeyd edib ki, keçmiş dövlət başçısı kriminal avtoritet Əziz Batukayevi qanunsuz olaraq həbsdən azad etməkdə ittiham edilir.

Xatırladaq ki, Atambayev ötən gün saxlanılıb.

İki gün əvvəl isə sabiq prezidentin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı ölüb.

Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.  

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O, Qırğızıstanın sayca 4-cü prezidentidir və 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edib.

1news.az

Paylaş:
526

Sizin üçün xəbərlər

Son xəbərlər

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44
Bütün xəbərlər