Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxarıb | 1news.az | Xəbərlər
Dünya

Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxarıb

12:54 - 16 / 08 / 2019
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxarıb

Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

1news.az xəbər verir ki,  Atambayev avqustun 26-dək həbsdə qalacaq.

Bundan əvvəl, Bişkek Pervomaysk rayon məhkəməsi eyni hökmü vermişdi.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Avqustun 8-i A.Atambayev saxlanılıb. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

1news.az

 

Paylaş:
481

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər