İrəvanda aksiya: Paşinyan səsimizi eşitməsə, Sarkisyandan daha pis tale yaşayacaq
Ermənistanın baş naziri Nikol Paşinyanın Baqramyan prospekti 26-da yerləşən iqamətgahı qarşısında Amuslar qızıl yatağının istismarına qarşı etiraz aksiyası keçirilir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, etirazçılardan biri Hrayr Kostanyan dövlət qurumlarının nümayəndələrinin dəvəti ilə iştirak etdiyi Amuslarla bağlı aparılan müzakirələrdən razı qalmayıb.
"Cermukdan məmurları çağırmışdılar, guya ki, müzakirələr aparırlar. Müzakirə kiminlə keçirilir? Bu məsələ bütün ermənilərə aiddir, mən özüm gələcəyimlə bağlı qərar verməliyəm. Məndən başqa İrəvanda yaşayan heç kim əvəzimə qərar verə bilməz ”, deyə Kostanyan bildirib.
O qeyd edib ki, Paşinyan xalqın səsini eşitməsə, sələfləri ilə eyni taleyi yaşayacaq:
“Nikol Paşinyan xalqının səsini eşitmir, "Serjizm" davam edir və bu gün açıq şəkildə bəyan edirəm ki, əgər o, oyanmasa, Serj Sarkisyanın taleyini yaşayacaq, ola bilər ki, daha da pisini”.
Xatırladaq ki, Paşinyan bu gün Baqramyan 26 ünvanındakı iqamətgahda Amuslar qızıl yatağı məsələsi ilə bağlı Cermuk icmasının rəhbərliyi, Ağsaqqallar Şurasının üzvləri, müəllimlər və məktəb direktorları, sağlamlıq mərkəzləri və otellərin sahibləri ilə müzakirələr aparacaq.
P.S.