Amulsar problemi Ermənistanın hakim fraksiyanın parçalanmasına səbəb ola bilər
Amulsar qızıl yatağının istismarı məsələsi "Mənim addımım" hakim parlament fraksiyasının parçalanmasına səbəb ola bilər.
1news.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Nəşrin məlumatına görə, fraksiyanın 30-a yaxın deputatı yatağın işlənməsinə qarşı çıxıb. Daha əvvəl fraksiyanın iclasında həmin deputatlar qızıl yatağının istismarına qarşı öz arqumentlərini təqdim ediblər.
“Əgər hakimiyyət yatağın istismarının davam etdirilməsinə dair yekun qərar verərsə, bunun əleyhinə olan deputatların fraksiya daxilində "muxtar respublika" yaratması istisna deyil”, deyə “Hraparak” yazıb.
"Mənim addımım" blokunun üzvü Ovik Aqazaryan bildirib ki, əgər bu məsələ onun həmkarları üçün həqiqətən vacibdirsə, onda onlar özləri öz yollarını seçə bilərlər. Bununla belə, o hesab edir ki, yeni reallıqlarda, hakimiyyətə etimad şəraitində onların öz yanaşmalarını dəyişdirmələri mümkündür.
Daha əvvəl baş nazir Nikol Paşinyan Amulsar yatağının işləyə biləcəyini söyləyib. Onun sözlərinə görə, ekoloji qiymətləndirmə Cermuk və Sevan gölü üçün riskləri müəyyənləşdirməyib. Ətraf çaylar üçün isə risklər minimal və idarəedilə biləndir.
Bu açıqlama ekofəalların kəskin etirazına səbəb olub. Yeni hökumətin Lydian ilə korrupsiyaya əlaqəsinə girməsi və beynəlxalq maliyyə korporasiyalarının təzyiqlərinə tab gətirə bilməməsi barədə fikirlər səsələnməyə başlayıb.
P.S.