“Ölmək istəmirəm”: Keçmiş ər qızının gözü önündə arvadını öldürdü – VİDEO | 1news.az | Xəbərlər
Dünya

“Ölmək istəmirəm”: Keçmiş ər qızının gözü önündə arvadını öldürdü – VİDEO

16:50 - 23 / 08 / 2019
“Ölmək istəmirəm”: Keçmiş ər qızının gözü önündə arvadını öldürdü – VİDEO

Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsi ölkənin gündəmini zəbt edib.

1news.az-ın türl mətbuata istinadla verdiyi xəbərə görə, kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən hücuma məruz qalıb. Keçmiş ər Fedai Baran 10 yaşlı qızının gözü önündə arvadını öldürüb.

Sözügedən kadrlarda mərhum boğazını tutaraq ölmək istəmədiyini söyləyir. Hadisənin şokunda olan 10 yaşlı qızı isə ona yaxınlaşaraq "ana, nə olar ölmə!”, - deyib.

Yaralının həyatını xilas etmək mümkün olmayıb.

F.Baran daha sonra açıqlamasında deyib:

"Söhbət zamanı Əminədən təkrar evlənib evlənməyəcəyini soruşdum. Çünki belə bir şey eşitmişdim. O da evlənəcəyini dedi. Daha sonra uşağın kimdə qalacağını danışan zaman məni təhqir etdi. Əsəbiləşib əvvəlcə qarın boşluğuna bıçaqla zərbə vurdum, daha sonra bədəninin müxtəlif nahiyələrinə”.

Hadisə ilə bağlı sosial şəbəkələrdə Əminə Bulud həştəqi yaradılıb və milyonlarla insan bu hadisəyə etiraz edib.

S.Xankişiyeva

 

Paylaş:
1138

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər