"Paşinyan Koçaryanın işinə görə hakimlərə təzyiq edir" - REN TV
Ermənistan hakimiyyəti Robert Koçaryanın cinayət işinə görə hakimlərə təzyiq göstərir.
1news.az xəbər verir ki, bu barədə Rusiyanın REN TV kanalında Ermənistanın ikinci prezidenti Koçaryanla bağlı hazırlanmış icmalda deyilir.
Materialda vurğulanıb ki, Koçaryanın işi ilə bağlı yeni iclas hazırlanır. Yerli məhkəmələr dəfələrlə onu günahkar olmadığını etiraf edib, buna baxmayaraq, hakimiyyət sabiq prezidenti həbsdə saxlamaq üçün yeni bəhanələr tapır. İndi hakimləri ələ alıblar. Onların barəsində cinayət işləri başlanılıb, mətbuatda təhqiramiz ifadələr səsləndirilib.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi ölkədə ən çox müzakirə olunan mövzu olaraq qalır. O, ilk dəfə bir il əvvəl həbs edilib. Bundan sonra prokurorluq üç dəfə məğlub oldu. Müxtəlif instansiyaların məhkəmələri üç dəfə sabiq prezidentin günahsız olduğunu etiraf edib, onu azadlığa buraxdı. Yeni hakimiyyət hər dəfə Koçaryanın yenidən həbsinə nail oldu.
Üstəlik, hökumət birbaşa məhkəmələrlə mübarizəyə başlayır.
"Təəssüf ki, istər Konstitusiya məhkəməsi, istərsə də adi məhkəmələr ilə bağlı vəziyyət getdikcə pisləşir. İcra orqanının təzyiqi ilə hakimlərin müstəqilliyinin təminatçısı olan Ali Məhkəmə Şurasının on üzvündən altısı istefa verdi və yeni bir Ali Məhkəmə yaradıldı. Təbii ki, bu, icraedici hakimiyyətinin təsiri altında yaradıldı”, deyə keçmiş ədliyyə naziri David Harutyunyan bildirib.
"Prezidentlər və keçmiş prezidentlər funksional toxunulmazlığa sahib olan müstəsna vəzifəli şəxslərdir. Bu, o deməkdir ki, keçmiş vəzifəli şəxsin statusuna əsaslanaraq, yəni onun toxunulmazıq hüququ bu cür aktları istisna edir”, Koçaryanın vəkili Aram Vardevanyan deyib.
Politoloq Rrvand Bozoyan isə hesab edir ki, Koçaryana qarşı irəli sürülmüş ittiham onu göstərir ki, prinsipcə hakimiyyətə gəldikdən sonra Paşinyan Ermənistanın tarixini yeni səhifədən başlamağa deyil, yox, ötən illərin hadisələrini araşdırmaqdan başlamağa qərar verib.
May ayında Koçaryanın növbəti dəfə sərbəst buraxılması məhkəmələrin tamamilə bloklanması ilə nəticələndi:
“Mən məhkəmələrin qapılarını blikladım, bununla göstərmək istədim ki, mənə kukla məhkəmələr lazım deyil”, Paşinyan deyib.
Ölkənin Konstitusiya məhkəməsi bu günə qədər Koçaryanın mühakimə olunması cəhdlərinə qarşı çıxıb.
Ermənistan hökuməti sabiq prezidenti 2008-ci ilin martındakı etirazlar zamanı baş verən ölüml hallarında ittiham edir:
“Nikol Paşinyan həmin etirazlarda iştirak edib və buna görə də həbsxanaya düşüb. İndi məlum olur ki, o, qisas alır. Hətta səsləndirməsi absurddur: ölkənin fəaliyyətdə olan rəhbərinin fövqəladə vəziyyət tətbiq etmək hüququ var. Beləliklə, məhkəmələr ittihamları ləğv etməyə çalışırlar. Ancaq Paşinyan imkan vermir”.