Ukraynanın yeni baş nazirinin adı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın yeni baş nazirinin adı açıqlanıb

17:27 - 29 / 08 / 2019
Ukraynanın yeni baş nazirinin adı açıqlanıb

Ukrayna prezidenti Vladimir Zelenski baş nazir postuna Aleksey Qonçarukun namizədliyini irəli sürüb.

1news.az xəbər verir  ki, hakim partiya "Xalqın xidmətçisi" parlamentdə böyük çoxluğa malik olduğundan hökumətin yeni rəhbəri A.Qonçaruk olacaq.

Prezidentin Radadakı nümayəndəsi Ruslan Stefançuk da bildirib ki, deputatlar baş naziri və nazirlər kabinetinin yeni tərkibini yekdilliklə təsdiqləyəcəklər.

Qeyd edək ki, Ukraynanın baş naziri Vladimir Qroysman ötən gün hökumət başçısı vəzifəsindən istefa verib.

1news.az

Paylaş:
382

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər