Ermənistan hakimiyyəti daxilində Amulsar məsələsində ziddiyyətlər güclənir
Ermənistanda hökumət və hakimiyyət daxilində Amulsar qızıl yatağının istismarı məsələsində ziddiyyətlər hər gün daha da güclənir.
1news.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti yazıb.
"Mənim addımım" hakim blokundan olan deputatların kifayət qədər böyük hissəsi hesab edirlər ki, qızıl yatağı istismar edilməli deyil, bir sıra hökumət üzvləri, o cümlədən baş nazirin müavini Tiqran Avinyan isə düşünür ki, hakimiyyət yatağın istismarı üçün qəbul edilmiş siyasi qərarı yerinə yetirmək və lazımi şəraiti təmin etmək üçün böyük qətiyyət göstərməlidir”, deyə nəşr yazıb.
Xatırladaq ki, Alumsar qızıl yatağının istismarı məsələi Ermənistanda gərginliyə səbəb olub. Yerli əhali, xüsusilə ekoaktivistlər bunun əleyhinə mübarizəyə qalxıblar.
Paşinyan isə yatağın istismarının tərəfdarıdır. Yekun qərar hələ verilməyib.
1news.az