Ermənistanda kənd təsərrüfatında azalma 7 deyil, 20 faizdir - "Past" | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda kənd təsərrüfatında azalma 7 deyil, 20 faizdir - "Past"

12:25 - 30 / 08 / 2019
Ermənistanda kənd təsərrüfatında azalma 7 deyil, 20 faizdir - "Past"

Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 7 deyil, 15-20 faiz təşkil edir.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Qeyd edilib ki, baş nazir Nikol Paşinyan öz “Facebook” səhifəsində mütamadi olaraq iqtisadi və ümumilikdə digər sahələr üzrə  fərqli göstəricilər dərc edir və onların keçən ilin eyni dövrü ilə müqayisəsini aparır. Mütəxəssislər isə tənəzzül göstəricilərinin çox vaxt nəzərə alınmamasına və bəzi göstəricilərin sadəcə olaraq reallığı əks etdirməməsinə diqqət çəkirlər. Xüsusilə, rəsmi məlumatlara görə, kənd təsərrüfatı sektorunda azalma 7% -dən çox olub.

Ermənistanın  Aqrar-Kəndli Birliyinin sədri Qraç Berberyan deyib ki, hökumət kənd təsərrüfatında azalmanın 7 faiz olduğunu bəyan edib, amma bu rəqəmin doğru olmadığı aydındır:

“Bizim araşdırmamız göstərir ki, xüsusilə meyvə, üzüm, buğda, kartof və heyvandarlıq kimi sahələrdə kənd təsərrüfatında eniş 15-20% təşkil edir".

O, həmçinin bazarda qıtlıq olduğu üçün bir sıra kənd təsərrüfatı məhsullarının bahalaşacağını da vurğulayıb.

P.S.

 

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər