Roma Papası liftdə qalıb
Roma Papası Fransisk 25 dəqiqə nasaz liftdə qalıb və ibadətə gecikib.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, Vatikanın Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan həyəcanla Pontifikin ənənəvi ibadət mərasiminə gəlməsini gözləyib. Lakin 25 dəqiqədən sonra Apostol sarayının pəncərəsi açılıb, 82 yaşlı Papa gülümsəyərək kütlənin qarşısına çıxaraq gecikdiyi üçün üzr istəyib.
Liftdə elektrik cərəyanının gərginliyinin azalması üzündən nasazlıq baş verdiyini və saraya hələn yanğınsöndürmə briqadasının onu xilas etdiyini deyən Papa Fransisk meydana toplaşanlardan xahiş edib ki, yanğınsöndürənləri alqışlasınlar.
1news.az
548