9 yaşlı qızın ərə getməsi ölkəni qarışdırdı – FOTO | 1news.az | Xəbərlər
Dünya

9 yaşlı qızın ərə getməsi ölkəni qarışdırdı – FOTO

11:40 - 04 / 09 / 2019
9 yaşlı qızın ərə getməsi ölkəni qarışdırdı – FOTO

İran "İslam Məhkəməsi”ndən 28 yaşlı oğlanla 9 yaşlı qızın nikahının ləğv olunmasını tələb edib.

Bu barədə jurnalist Babək Taqveya öz rəsmi twitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, İran nikah videosu sosial şəbəkələrdə yayıldıqdan sonra bu qərara gəlib.

Babək qeyd edib ki, bəy "Basidj” yıgmasının döyüşçüsü Milad Çeşanidir. Onun 28 yaşı var. Balaca qızla ailə qurmaga icazəni ona Boyer-Əhməd əyalətinin "İslam Məhkəməsi” verib.

Deyilənə görə, nikahın video görüntülərini öz twitter səhifəsində jurnalist xanım Masid Alinejad paylaşıb.

Paylaşımının altında qızın 13 yaşdan az olduğunu vurğulayan xanım, səlahiyyətlilərə səslənərək bu nikahın qanunsuz olduğunu bildirib.

Qeyd edək ki, 2002-ci ilədək İranda 9 yaşlı bir qızla ailə qurmaq mümkün idi.

Bizimyol

S.Xankişiyeva

 

Paylaş:
634

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər