Azərbaycan Avropa üçün tranzit hava axınlarının əlaqələndirici qovşağına çevrilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Avropa üçün tranzit hava axınlarının əlaqələndirici qovşağına çevrilib – FOTO

17:00 - 06 / 09 / 2019
Azərbaycan Avropa üçün tranzit hava axınlarının əlaqələndirici qovşağına çevrilib – FOTO

Brüsseldə Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (“Eurocontrol”) və Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatının (CANSO) üzvləri arasında görüş keçirilmişdir. Tədbirdə Azərbaycanı “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev təmsil etmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, işgüzar səfər çərçivəsində Fərhan Quliyev həmçinin “Eurocontrol”-un baş direktoru İmon Brennan (Eamonn Brennan) ilə görüşmüşdür. Görüş zamanı hava hərəkətinin təşkili və Azərbaycan ərazisindən keçən tranzit hava axınlarının planlaşdırılması sahəsində əsas məsələlər, həmçinin ölkəmizin “Eurocontrol”-un strateji tərəfdaşı kimi rolu müzakirə olunmuşdur.

Həmçinin regionda gözlənilməz hallar baş verdiyi təqdirdə hava hərəkətinin və zəruri tədbirlərin planlaşdırılması məsələləri müzakirə olunmuşdur.

İmon Brennan Azərbaycanın mülki aviasiya sahəsində əldə edilmiş nailiyyətlərini yüksək qiymətləndirmiş  və qeyd etmişdir ki, strateji coğrafi mövqeyi və qabaqcıl hava naviqasiyası sistemi Azərbaycanı əməkdaşlıq üçün cəlbedici edir və Avropa ilə Asiya arasında tranzit reyslərin sayının artmasını təmin edir. Həmçinin o qeyd etmişdir ki, Azərbaycan Avropa ilə Asiya arasındakı hava axınlarının əsas dəhlizidir.

Danışıqlar nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “ASEC” mərkəzinin hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə uçuşların planlaşdırılması və proqnozlaşdırılmasında qarşılıqlı əməkdaşlıq üçün istifadəsinə dair saziş imzalanmışdır. Sənəd AZANS-ın direktoru Fərhan Quliyev və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin direktoru Yakopo Prissionotti (Iacopo Prissinotti) tərəfindən imzalanmışdır.

Beləliklə, Azərbaycan “Eurocontrol”-un yüksək etimadını qazanmaq ilə yanaşı, tranzit uçuşların planlaşdırılmasında tərəfdaş və böhran zamanı Dəstək mərkəzi kimi tanınmışdır.

AZANS –  “Azərbaycan Hava Yolları”nın hava hərəkətinin idarəsi üzrə struktur bölməsi olub, başlıca vəzifələrinə Azərbaycan Respublikasının hava məkanında

uçuşların təhlükəsizliyinin təmin edilməsi, həmçinin ölkə ərazisi üzərində hərəkətin əlaqələndirilməsi və xidməti funksiyası daxildir.

“Eurocontrol” – əsası 1960-cı ildə qoyulmuş Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı olub, əsas məqsədi ümumi Avropa hava nəqliyyatı idarəetmə sisteminin işlənib hazırlanmasıdır. Təşkilat vahid Avropa hava nəqliyyatının idarəetmə sistemini yaratmaq niyyətindədir. "Eurocontrol" 41 üzv dövlətdən ibarətdir.

S.Xankişiyeva

 

Paylaş:
504

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər