Ermənistan vətəndaşlarının xərcləri real gəlirlərdən daha sürətli artır
Ermənistan vətəndaşlarının xərcləri real gəlirlərindən daha surətlə artmaqdadır.
1news.az xəbər verir ki, bu barədə "Jamanak" nəşri yazıb.
Məlumata görə, ölkədə əksər məhsullar bahalaşıb ki bu da əhalinin vəziyyətinə pis təsir göstərməklə, onların xərclərini daha da artırıb.
“Hökumət 2023-cü ilədək ifrat yoxsulluğu aradan qaldırmaq və yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğunu bəyan edib. Ən azı bu, hökumətin təqdim etdiyi "Sosial müdafiə, məşğulluq və əmək sahələrinin inkişafı strategiyası" layihəsində yer alıb.
2023-cü il uzaqda deyil, lakin görünən budur ki, vətəndaşların xərcləri real gəlirinə nisbətən daha sürətlə artmaqdadır”, deyə nəşr yazıb.
P.Sultanova
595