Paşinyanın xanımı deputatı təhqir edib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın xanımı deputatı təhqir edib

13:03 - 06 / 09 / 2019
Paşinyanın xanımı deputatı təhqir edib

Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının işləri ilə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan məşğul olur.

1news.az  xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazıb.

Nəşrin məlumatına görə, “Vətəndaş razılaşması” partiyasının iclaslarında “havanı” üç nəfər - Nikol Paşinyan, Anna Akobyan və Lilit Makunts yaradır.

“Akobyan həm də fraksiya məsələləri ilə məşğul olur. Və bəlkə də ən pisi, sözün hərfi mənasında məşğul olmasıdır. Ötən gün iclas zamanı Annanın iştirakı ilə olduqca yaddaqalan bir insdent baş verib. "Nikol üçün su  şüşəsi saxlaması” ifadəsinə əsəbləşən və mətbuatı məhkəməyə verən millət vəkili Hayk Sarkisyan Amulsar yatağının istismarına qarşı çıxışe dən zaman Anna Akobyan yenidən ona statusunu xatırladıb: "Sən sadəcə Nikol üçün bir şüşə su saxladın" deyib.

"İrates" əlavə edib ki, bir il belə keçməyib və parlament çoxluğu artıq hissələrə parçalanır:

“Bunu ilk gündən proqnozlaşdırmaq olardı. Hər hansı bir məsələdə yekdillik olmadan, qanunverici fəaliyyətdən heç nə başa düşməyən ideyası olmayan insanların birlikdə işləyə və komanda yarada bilməyəcəyi hamıya aydındır. Bu gün fraksiya iclaslarının bir-birini necə sürətlə və hansı tempdə əvəzlədiyini izləmək hətta gülməlidir, amma yenə də heç nə bilmirlər".

P.S.

Paylaş:
625

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər