İran səfiri Yerevanda Dağlıq Qarabağ da daxil olmaqla Ermənistanın xəritəsi fonunda şəkil çəkdirib – FOTO
Yaxın günlərdə sosial şəbəkələrdə İranın Ermənistanda diplomatik missiyası bitmiş Seyid Kazımi Səcadinin ölkənin İdarə və İnfrastruktur Nazirliyinə səfər etmiş şəkli yayılıb.
1news.az-ın verdiyi xəbərə görə, səfərlə bağlı heç bir qeyri-adilik yoxdur. Lakin nazir Suren Papikyanla birlikdə olan fotoda xəritə çox şeydən xəbər verir.
Qeyd edək ki, xəritədə Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və yeddi rayonu ilə birlikdə təqdim edilib.
Tərcümə: S.Xankişiyeva
1380