Paşinyan inqilabın dəyərlərinə xəyanət edir - Ekoloq | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan inqilabın dəyərlərinə xəyanət edir - Ekoloq

10:45 - 12 / 09 / 2019
Paşinyan inqilabın dəyərlərinə xəyanət edir - Ekoloq

İrəvanda “Amulsar” qızıl yatağının istismarına qarşı etiraz aksiyaları davam edir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, əhali baş nazir Nikol Paşinyandan qəti mövqe ortaya qoymasını tələb edirlər.

Xatırladaq ki, “Amulsar” qızıl yatağının işlənməsi ilə bağlı Ermənistanda həm hökumətdə, həm də ictimaiyyət və ekspertlər arasında fikir ayrılıqları var.

Paşinyan hökümətində bir qrup ölkənin əvvəlki hakimiyyət orqanlarının verdiyi lisenziyaya uyğun olaraq “Lidian” şirkətinin yatağın istismarının davam etdirilməsinin zəruri olduğunu düşünürlər. Digər hissə, ilk növbədə yatağın yerləşdiyi əraziyə yaxın Cermuk sakinləri buna qarşı çıxırlar.

Ekoloqlar hesab edirlər ki, qızıl yatağının istismarı Ermənistanın bütün çaylarının və Sevan gölünün çirklənmə təhlükəsini  yaradır, bu, Cermuk kurortuna birbaşa ziyan vuracaq.

Bundan əlavə, mədəndəki qızılın çox az olmasına dair də kifayət qədər sübutlar var. Məlumata görə, sovet dövrünə aid ekspedisiyalar mədəndə qızıl yox, uran tapıblar.

İrəvanda “Amulsar”ı müdafiə edən aksiya iştirakçıları paytaxtın mərkəzində yolu bağlayıblar.

Daha əvvəl xəbər verildiyi kimi, aksiya parlament parkdan başlayıb və dinc aksiya iştirakçıları gücləndirilmiş polis kordonu ilə qarşılaşıblar. Bundan sonra, aksiya iştirakçıları Baqramyan prospekti ilə Maştots prospektinə və Respublika meydanına tərəf gediblər.


Ekoaktivistlər, ictimaiyyət nümayəndələri ölkə rəhbərliyinin “Lidian”a “Amulsar”ın istismarına icazə vermək istəməsinə qarşı çıxıblar. Mütəxəssislərin fikrincə, “Elard” ekspert şirkətinin rəyi də mədənin işləməsinin mümkün risklərini göstərir.

“Lidian” a lisenziya əvvəlki hakimiyyət orqanları tərəfindən verilib və bəzi ekspertlər hesab edir ki, hazırkı hakimiyyət ictimaiyyətin təzyiqi səbəbindən bunu ləğv edə bilər.

“Amulsar”a qarşı çıxanlar baş nazir Nikol Paşinyanı hakimiyyətdən sui-istifadə etməkdə və inqilabın dəyərlərinə xəyanətdə ittiham edirlər.

Ekoloq Ani Xaçatryan bildirib ki, Paşinyanı əvvəlki hakimiyyətin siyasətini davam etdirməkdə ittiham edib. Xaçatryan, “Amulsar”ın həvalə olunduğu “Lidian” şirkətinin səlahiyyətlilərə, ictimaiyyətə və öz kreditorlarına səhv məlumat verdiyini vurğulayıb. Onun sözlərinə görə, baş nazir bunu görmək istəmir.

“Paşinyan şirkətin himayəsini ən yüksək səviyyədə təmin edir. Bu, açıq-aşkar sui-istifadə faktı, inqilabın dəyərlərinə xəyanətdir. Paşinyan və onun hökuməti şantaj yolu ilə ölkənin bütün əhalisinin hesabına hansısa bir korporasiyanın qazanc əldə etməsinə cavabdehlik daşıyır", deyə, fəal xatırladıb.

Onun sözlərinə görə, Paşinyanın açıqlamaları “Lidian”ın hərəkətləri üçün münbit zəmin yaradır:

“Əhalinin çoxu yatağın təhlükəsizliyi ilə bağlı arqumentlərə inanmır, eyni zamanda hökumətin legitimliyinə təhdid var. Biz bu məsələdə vətəndaşların hüquq və mənafelərini qorumaq üçün hər cür səy göstərəcəyik”.

P.S.




Paylaş:
704

Son xəbərlər

İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07
Bütün xəbərlər