Muganbank və MFL-in kütləvi futbol eksperimenti sona çatır: qalib kim olacaq? – FOTO
Azərbycanda ən böyük həvəskarlar liqası MFL-in yeni mövsümü həmişəkindən daha erkən başlayıb.
Bu il Liqa futbol həvəskarları üçün əsl sürpriz hazırlayıb. MFL hər kəsə əlçatan olub. Bu gün “Muganbank MFL Təsnifat – 2019” turnirinin LSS MFL 2019-2020 dördüncü mövsümdə iştirak etmək üçün beş komandaya vəsiqə hədiyyə etməsindən bəhs edəcəyik.
MFL – ilk olaraq həvəskar futbolsevərlər üçün yaradılan Liqa idi. Tez bir zamanda Liqa məşhurluq əldə etdi. Hazırda MFL-in komandalarında Azərbaycan yığmasının keçmiş ulduzlarına da rast gəlmək olar. Dörd il ərzində MFL-də Xəqani Məmmədov, Mahmud Qurbanov, Ceyhun Sultanov, Füzuli Məmmədov, Samir Əliyev və başqaları oynayıb.
MFL komandaları arasında rəqabət ən yüksək zirvəyə çatıb. Favorit komanda olan Beerbaşa güclü heyət və sponsoru olmasına baxmayaraq, hələ də məqsədinə çata bilməyib, çempion olmayıb.
Bununla yanaşı, bütün bu zaman ərzində Liqa futbol və MFL-dəki ab-havadan həzz alan məhəllə uşaqlarından ibarət komandalar üçün də açıq olub.
Digər məqam isə, davamlı turnir üçün çox da yüksək olmayan ilkin ödənişi ödəmək hər kəsin cibinə uyğun deyil. Anlamalıyıq ki, MFL kommersiya layihəsidir.
Lakin bu il MFL hər kəsə əlçatan oldu. Bu, Muganbank və AFFA-nın dəstəyilə baş tutdu. Bakıda genişmiqyaslı təsnifat turniri keçildi ki, burada hər kəs ödənişsiz olaraq iştirak edə bildi. Qısa zaman ərzində təşkiltçılar əsas turnirə 5 vəsiqə qazanmaq uğrundu 80 komandanı toplaya bildi.
80 komandanın tərkibində çıxış edəcək 800-dən çox futbolçu 5 eyni yarımqruplara bölündü. Turnir olimpiya sistemi üzrə keçirildi, məğlub komanda kənarda qaldı. Hər yarımqrupun qalibi LSS MFL 2019-2020 dördüncü mövsümdə pulsuz iştirak imkanı qazanır.
Layihənin genişmiqyaslılığını göstərən daha bir məqam. Təsnifatda iştirak edən bir çox komandalar ilk dəfə olaraq MFL-in himayəsi altında turnirdə oynadı.
1news.az-a müsahibə verən MFL-in koordinatoru Vaqif Axundov qeyd edib ki, “Muganbank MFL Təsnifat – 2019”a maraq gözlənildiyindən də artıq oldu:
“Qeydiyyat başladıqdan 15 gün ərzində bizə 100 komanda müraciət etdi. Tələblərə cavab verən 80 komanda qeydiyyatdan keçdi. Təəssüflər olsun ki, 20 komandan da çoxu kənarda qaldı. Bu, turnirin miqyasının göstəricisidir. Həvəskar futbola maraq yüksəkdir. Daha bir vacib məqam. Komandalardan çoxu bilmirdi ki, Muganbank və AFFA-nın dəstəyilə keçirilən turnir ödənişsiz idi.
Təsnifat turnirində tamamilə yeni komandalarla qarşılaşdıq. Onlardan 90%-i heç vaxt futbol oynamayıb. 800-dən çox yeni həvəskar futbolçu ilə qarşılaşdıq. Təsnifat turnirindən sonra yeni mövsümdə iştirak etmək üçün 5 komanda vəsiqə qazanacaq. Lakin təsnifatda məğlub olan 6 komanda əsas turnirdə iştirak etmək üçün müraciət edib.
Təsnifat oyunları da çox maraqlı keçdi. Oyunlar zamanı sadəcə iki sarsıdıcı hesab qeydə alındı. Qalan oyunlar gərgin mübarizə ilə keçdi. Oyuna gələnlərin ciddi hazırlaşdıqları aydın görünürdü. Muganbank və AFFA-ya dərin təşəkkürümü bildirmək istərdim. Çox yaxşı haldır ki, tərəfdaşlarımız futbolu sevir və MFL-i dəstəkləyir”.
Bu bazar günü LSS MFL 2019-2020 dördüncü mövsümünün əsas turnirində ödənşsiz iştirak edəcək 5 qalib komanda müəyyənləşək.
Final cədvəli
Qeyd edək ki, LSS MFL 2019-2020 dördüncü mövsümünün əsas turnirində 50 komandanın iştirakı planlaşdırılır. Bu komandalar iki konferensiyalara ayrılacaq.
İlkin ödəniş edərək turnirdə iştirak edəcək komandalar üçün sentyabrın 20-nə qədər qeydiyyat davam edir. Liqanın başlanma tarixi oktyabrın 14-ə planlaşdırılır.
Tərcümə: S.Xankişiyeva