Ermənistanın polis rəisi istefa verib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın polis rəisi istefa verib

10:34 - 18 / 09 / 2019
Ermənistanın polis rəisi istefa verib

Ermənistan polisinin rəisi Valeri Osipyan baş nazir Nikol Paşinyanla çətin söhbətdən sonra istefa verib.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Məlumata görə, Təhlükəsizlik Şurasının iclasında polisin “Amulsar” qızıl yatağına aparan aktivistlər tərəfindən bağlanmış yolların açılmasına ehtiyac olması haqqında da danışılıb. Osipyan, əməliyyatın rahat keçə biləcəyinə şübhə etdiyini deyərək, güc tətbiq edilməsinin təhlükəli olacağını bəyan edib.

Paşinyan bildirib ki, əgər polis rəisi bunu etmək iqtidarında deyilsə, əməliyyatı polis komandiri Vaqe Kazaryan aparacaq.

Söhbət Osipyanın istefa ərizəsi təqdim etməsinə səbəb olub.

P.Sultanova

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər