Ermənistanda istefa dalğası: Mnatsakanyan, Tonayan da gedir...
Ermənistanda yüksək səviyyəli istefalar davam edəcək.
1news.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.
Məlumata görə, yaxın zamanda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnasakanyan, müdafiə naziri David Tonoyan, fövqəladə hallar üzrə nazir Feliks Çolakyan və ətraf mühüt naziri Erik Qriqoryanın da istefa verəcəyi gözlənilir.
İstefa verəcək hökumət üzvləri arasında maliyyə naziri Atom Cancuqazyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, eləcə də dövlət gəlirləri üzrə komitənin başçısı David Ananyan da adı vurğulanır.
Nəşr yazır ki, baş nazir Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra səhiyyə naziri Arsen Torosyanın və əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanı istefaya göndərmək təklifi ilə çıxış edəcək.
Məlumata görə, Ermənistan parlamentində də dəyişikliklər gözlənilir. Belə ki, vitse-spiker Lena Nazaryan da bu postdan gedəcək. Deputat Mikael Zolyanın isə hakim “Mənim addımım” fraksiyasını tərk edib başqa fraksiyaya keçəcəyi deyilir.
Qeyd edək ki, sentyabrın 16-da milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan, sentyabrın 18-də Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib.Nikol Paşinyan V. Osipyanı özünə müşavir təyin edib.
P.S.