Paşinyan ailəsi Sarkisyanın malikanəsinə köçür: təmirə 2 milyon dollar xərclənəcək
Ermənistanın baş naziri Nikol Paşinyan və ailəsi sabiq prezident Serj sarkisyanın malikanəsinə köçəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hazırda orada əsaslı təmir işləri aparılır.
Erməni mətbuatının araşdırması zamanı məlum olub ki, daha əvvəl Serj Sarkisyanın yaşadığı sarayın hərtərəfli təmirinə 2 milyon dollar sərf olunacaq. Baxmayaraq ki, müvafiq rəsmi qurum bunun cari təmir olduğunu bəyan edib.
“Malikanənin yalnız divarlar qalıb, tamamilə hər şey dəyişir - dizayn, otaqların təşkili. Nikol Paşinyan və ailəsi hazırda yaşadıqları evi bəyənmirlər. Onlar Serj Sarkisyanın daha əvvəl yaşadığı evə əsaslı təmir aparılmadan köçmək istəmirlər”.
P.S.
925