Tibb üzrə Nobel mükafatının sahibləri bilindi
İsveçdə tibb sahəsi üzrə 2019-cu il Nobel mükafatının sahibləri elan edilib.
1news.az-ın məlumatına görə, Stokholmda xüsusi təşkil olunmuş tədbirdə bu mükafata ABŞ və Britaniya alimləri Villiam Kaelin, Peter J.Ratcliff və Qreqq L.Semenzanın layiq görüldüyü elan edilib.
Alimlər “Hüceyrələrin özlərini necə hiss etdiklərini və oksigenin mövcudluğuna uyğunlaşdıqlarını” kəşf etdiklərinə görə tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görülüblər. Onların kəşfi xərçəng və digər xəstəliklərlə yeni mübarizə metodlarını hazırlamağa imkan verəcək.
Bu ilin dekabrın 10-da, Alfrend Nobelin vəfat günündə Stokholmda rəsmi mükafatlandırma mərasimi olacaq. Laureatlra mükafatı İsveç kralı 16-cı Qustav təqdim edəcək. Nobel mükafatı təqribən 1 milyon dollardır.
1news.az