Goranboyda dəhşət: qadını ata bağlayaraq sürüdülər – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda dəhşət: qadını ata bağlayaraq sürüdülər – YENİLƏNİB

12:23 - 10 / 10 / 2019
Goranboyda dəhşət: qadını ata bağlayaraq sürüdülər – YENİLƏNİB

Səhiyyə Nazirliyi Goranboy rayonunda atla sürüdülən 35 yaşlı qadının vəziyyəti ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, rayonun Xanqərvənd kənd sakini, 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına gətirilib: "Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb".

12.17

Goranboy rayonunda qonşular arasında dava düşüb. Hadisə Xanqərvənd kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, kənd sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib.

Qadın qonşusundan atlarını geri qaytarmağı tələb edib.

Bu zaman iki qonşu qadınlar aralarında mübahisə yaranıb.

Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.

Report.az

S.Xankişiyeva

 

Paylaş:
960

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər