“Samsung Galaxy S11” modelinin təqdimat tarixi məlum olub
"Samsung Galaxy S11" smartfonunun təqdimat tarixi açıqlanıb.
1news.az ictnews.az-a istinadən bildirir ki, "SamMobile" nəşrinin məlumatına görə, qabaqcıl "Samsung Galaxy S11" smartfonu 18 fevral 2020-ci ildə San-Fransiskoda keçiriləcək tədbirdə nümayiş olunacaq.
Heyranedici texniki xüsusiyyətlərə malik olacaq yeni qurğuya alıcılar arasında tələbatın yüksək olacağı gözlənilir.
Belə ki, smartfon 1 terabayt tutumlu quraşdırılmış yaddaş və "Android" əməliyyat sisteminin sonuncu versiyası ilə təchiz ediləcək. Bundan başqa, qurğu 108 meqapikselli yüksək təsvir ölçülü yeni fotokameralara malik olacaq. Smartfon, həmçinin optik böyüdülmənin 5 dəfə artırılmasının dəstəklənməsi üçün "periskop" metodundan istifadə edən teleobyektivlə təchiz olunacaq.
"Samsung Galaxy S11" smartfonunun ekranının formatı hazırkı "Galaxy S10" modeli ilə eynilik təşkil edəcək. Onun korpusu isə şüşə və metaldan hazırlanacaq.
"Samsung Galaxy S11" modeli qulaqcıq üçün 3,5 millimetrlik çıxışla təchiz edilməyən ilk smartfon nəsli seriyası olacaq.
1news.az