Cümə gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cümə gününə olan hava proqnozu açıqlanıb

13:38 - 17 / 10 / 2019
Cümə gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 18-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 18-də hava əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

1news.az

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər