Qadınların rahat yaşaması üçün ən yaxşı və pis ölkələr
Təhlükəsizlik, ədalət, ictimai-siyasi və iqtisadi həyatda iştirak - bu üç göstərici əsasında qadınların rahat yaşaması üçün ən yaxşı və pis ölkələrin reytinqi hazırlanıb.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə "National Geographic" jurnalı yazıb.
Siyahıya əsasən, ilk üç yeri Norveç, İsveçrə və Finlandiya tutub. Onluğa, həmçinin Danimarka, İslandiya, Avstriya, Böyük Britaniya və İsveç daxil olub.
Zərif cinsin nümayəndələrinin yaşaması üçün ən əlverişsiz ölkələr isə Yəmən, Əfqanıstan, Suriya və Cənubi Sudandır.
Qeyd edək ki, "Women, Peace, and Security Index" (WPS Index) reytinqi 2017-ci ildən hazırlanır.
1news.az
735