Prezident daha bir Xalq artistinə ev verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident daha bir Xalq artistinə ev verdi

10:04 - 18 / 10 / 2019
Prezident daha bir Xalq artistinə ev verdi

Prezident İlham Əliyev daha bir Xalq artistinə mənzil hədiyyə edib.

1news.az-ın məlumatına görə, Xalq atisti, tarzən Fikrət Verdiyevə ev verib. Bununla bağlı F.Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”, - deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib.

Qeyd edək ki, F.Verdiyevin Gəncə şəhərində “Göygöl” ansamblının və Gəncə Dövlət Filarmoniyasının yaranmasında rolu olub.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər