“Toyota” 2040-cı ilin avtomobilini nümayiş etdirib - FOTO | 1news.az | Xəbərlər
Dünya

“Toyota” 2040-cı ilin avtomobilini nümayiş etdirib - FOTO

11:24 - 18 / 10 / 2019
“Toyota” 2040-cı ilin avtomobilini nümayiş etdirib - FOTO

“Toyota” şirkəti oktyabr ayının sonunda işinə başlayacaq Tokyo avtosalonunda dördüncü səviyyə avtopilot və Yui adlanan süni intellekt sistemi ilə təchiz edilmiş LQ konsept avtomobilini nümayiş etdirəcəkdir. Bu konsept 2017-ci ildə Las Veqada keçirilmiş istehlak elektronikası sərgisində (CES) nümayiş etdirilmiş Concept-i modelinin daha müasir versiyasıdır.

1news.az autograph.az-a istinadən bildirir ki, concept-i modelindən fərqli olaraq, LQ konsepti yan güzgülərə, dörd tamölçülü qapıya, şüşəsilənlərə və elektrik yükləmə nöqtəsinə malikdir. Dördüncü səviyyəli avtopilot sürücünü daima yola nəzarət etməkdən azad edəcəkdir. Sürücü uzanıb yata və yaxud kreslonu tərk edə bilər. Konseptin təchizatına park yerini aşkarlayaraq oraya yollanmağa, gərək olduqda isə geri qayıtmağa imkan verən Valet Parking System funskiyası da daxil edilibdir. Bundan başqa, LQ modelini daha geniş imkanlara malik olan Yui süni intellekti ilə təchiz ediblər.

“Toyota” nümayəndələrinin sözlərinə görə, Yui avtomobili sürücünün tələblərinə uyğunlaşdıra bilər. Süni intellekt səyahətlər zamanı avtomobil sahibinin davranışını, ovqat və üstünlük verdiklərini, sürüş üslubunu və maraqlarını təhlil edəcəkdir. Yui sürücü və sərnişinlər ilə səsin və işıq siqnalları vasitəsi ilə ünsiyyət quracaqdır.

Bundan başqa, avtomobil sürücünü gümrahlandıracaq və ya rahatladacaq "ağıllı" oturacaqlara sahib olacaqdır. Sistem bir neçə üfürülən balonlardan və havalandırma sistemindən ibarətdir. Sistem sürücünün yorulduğunu aşkar edərsə şaquli vəziyyəti dəstəkləmək üçün oturacağın  kürək hissindəki balonu şişirdəcək, eyi zamanda kondisioneri qoşaraq soyuq havanı ona sarı yonəldəcəkdir.

Avtomobilin avtonom rejimində hərəkəti zamanı sürcünün rahatlaması üçün balon üfürdülüb-boşaldılacaqdır. Eyni zamanda salondakı temperatur insanı dincəlməyə kökləmək üçün artıralacaqdır.

Konsept ətrafda baş verənlər haqqında sürücü və sərnişinləri məlumatlandıra bilər. Bundan başqa, LQ avtomobildən kənarda duran insanlar ilə də ünsiyyət qurmağa qadirdir. Əlavə olaraq, “Toyota” mühəndisləri avtomobili rəqəmsal mirkogüzgülü qurğu (Digital Micromirror Device)  ilə təchiz ediblər ki, bu sistem də avtomobil ön tərəfindəki yola mürəkkəb fiqurları proyeksiya edə bilər.

Konseptin daha bir xüsusiyyəti havanı təmizləyən örtük-katalizatordur. “Toyota” mütəxəssislərinin hesablamalarına görə, avtomobil bir saat ərizndə 1000 litrlik havada olan azonun 60 faizini təmizləyə bilər. Bu texnologiyanın sınaqdan uğurla keçməsi halında, örtük seriya kommersiya avtomobillərində istifadə ediləcəkdir.

“Toyota” gələn ilin iyun-sentyabr aylarında “Toyota” Yui Projects Tours 2020  kütləvi test-drayvlarını təşkil etməyi planlaşdırır.

1news.az

Paylaş:
683

Sizin üçün xəbərlər

Son xəbərlər

“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31
Bütün xəbərlər