Avropa İttifaqının ən təhlükəli ölkəsi məlum olub | 1news.az | Xəbərlər
Dünya

Avropa İttifaqının ən təhlükəli ölkəsi məlum olub

17:13 - 05 / 11 / 2019
Avropa İttifaqının ən təhlükəli ölkəsi məlum olub

Avropa İttifaqının ən təhlükəli ölkəsinin adı açıqlanıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının müxtəlif ökələrində qeydə alınan qayda pozuntularının sayının əks olunduğu məlumat Avropa Statistika Ofisinin (“Eurostat”) saytında yerləşdirilib.  

Məlum olub ki, 2011-2017-ci illərdə Avropada qarətlərin sayı 522 mindən 396 minə düşüb, hücumlar isə artıb – ancaq 2017-ci ildə onların sayı 1,1 milyonu ötüb.

Cinayətlərin sayına görə lider Belçika olub – 2017-ci ildə orada 167 qayda pozuntusu qeydə alınıb. İkinci yerdə Fransa, üçüncü yerdə isə İspaniya qərarlaşıb.

Ən sakit vəziyyət isə Slovakiya və Macarıstandadır. Orada hər 100 min insana cəmi 9 qanun pozuntusu düşür. Ən çox qətl isə Latviya, Litva, Estoniya və Maltada törədilir.

1news.az

Paylaş:
554

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər