Yüzlərlə insanı qətlə yetirən terror təşkilatının liderləri məhv edildi | 1news.az | Xəbərlər
Dünya

Yüzlərlə insanı qətlə yetirən terror təşkilatının liderləri məhv edildi

16:40 - 21 / 11 / 2019
Yüzlərlə insanı qətlə yetirən terror təşkilatının liderləri məhv edildi

Nigeriya Hərbi Hava Qüvvələri (NAF) noyabrın 20-də ölkənin şimal-şərqindəki Borno əyalətində terror qruplaşması "Boko Haram"ın yığıncaq yerlərindən birinin məhv etdiyini bəyan edib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı "Boko Haram"ın bir neçə liderinin öldürülməsi də xəbər verilir.

"NAF"ın rəsmisi İbikunle Daramola silahlıların qaçmaq istəyərkən öldürüldüyünü və hava zərbələri nəticəsindədə qəsəbənin bir hissəsinin məhv edildiyini bildirib. İ.Daramola yerüstü qüvvələrlə əməkdaşlıq edərək, "Boko Haram" terrorçularının qalıqlarını məhv etməyə davam edəcəklərini deyib.

"Boko Haram" qruplaşması Nigeriyanın şimal-şərqindəki hərbi hədəflərə hücumlarda, yüzlərlə insanın ölümündə və minlərlə insanın didərgin düşməsində günahlandırılır.

1news.az

Paylaş:
523

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər