Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib

15:49 - 04 / 12 / 2019
Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib

Nazirlər Kabineti (NK) Aparatının şöbələrinə yeni müdir təyin edilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Mehman Tağıyev isə Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.

1news.az

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər