Bu ölkədə pensiya min avroya qaldırılır | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə pensiya min avroya qaldırılır

16:53 - 13 / 12 / 2019
Bu ölkədə pensiya min avroya qaldırılır

Fransanın Baş naziri Eduard Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib.

1news.az axar.az-a istinadən xəbər verir ki, hökumətin rəhbəri bu barədə pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, islahatlar üç - universallıq, bərabərlik və məsuliyyətlilik - prinsipə əsaslanır. Bununla yanaşı, Baş nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.

Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.

1news.az

Paylaş:
547

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər