5 keçidən 555 min dollar qazandılar | 1news.az | Xəbərlər
Dünya

5 keçidən 555 min dollar qazandılar

15:52 - 19 / 12 / 2019
5 keçidən 555 min dollar qazandılar

Pakistan bu il 5 yaban burmabuynuzlu keçi ovundan 555 min dollar qazanıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, bu il 5 amerikalı ovçu məhz burmabuynuzlu keçi ovu üçün 100 min dollardan çox dəyəri olan lisenziya alıb.

Pakistanın milli simvollarından olan burmabuynuzlu keçiyə görə ölkədə 1 il üçün sadəcə 12 icazə kağızı olur. Bu lisenziyalardan əldə edilən gəlirlərin 80%-i lisenziya verilən bölgələrin rifahı üçün xərclənir.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin hesabatına görə, dünya miqyasında burmabuynuzlu keçi sayı 10 minə yaxındır.

1news.az

Paylaş:
725

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər