SmartOn.az – bir kliklə çox məsələnin həll oluna biləcəyi onlayn mağaza – FOTO
Servis və inkişaf üzrə direktor Zaur Süleymanov ilə müsahibə.
Uzun illərdir ki, SmartOn "LG Electronics", "Panasonic", "GREE", "Daikin" kimi dünyaca məşhur markaların Azərbaycanda rəsmi distribyutorudur, lakin ümumilikdə SmartOn onlayn mağazasında 50-dən çox məişət və elektronika texnikası brendləri təqdim olunub.
SmartOn məişət texnikası və elektronika satış mərkəzi Əhməd Rəcəbli küçəsi 18A ünvanında (Nəriman Nərimanov metro stansiyasının yaxınlığında) yerləşir, 2015-ci ildən isə www.smarton.az internet səhifəsi fəaliyyət göstərir.
www.smarton.az saytının yenilənmiş və təkmilləşdirilmiş versiyası barədə daha ətraflı öz müsahibəsində Servis və inkişaf üzrə direktor Zaur Süleymanov danışır.
- Sizin müştəriniz kimdir? Və niyə məhsullarınızı bu qədər sevir?
- Müştərimiz əla dizaynı və innovativ texnologiyaları ilə seçilən bir məhsulun sahibi olmaq istəyən bir insandır. Stil və texnologiya arasındakı harmoniya və optimal balans, etibarlılıq və məhsulların ən yüksək keyfiyyəti - müştərilərin SmartOn-u seçmələrinin əsas səbəblərindən biridir.
Müştərimiz zəngin daxili aləmə malik, optmizm və həyat eşqi ilə dolu, incəliyi və rahatlığı seçən bir insandır - lakin SmartOn-da rahat olan təkcə əldə edilən məhsul deyil, həmçinin onun alış prosesi də müştərilər üçün çox rahat şəkildə təşkil olunub.
- Rahat alış prosesi deyəndə nəyi nəzərdə tutursunuz? Bu haqqda ətraflı danışardınız.
- Hər gün keyfiyyətli xidmətə olan istehlakçı tələbatı artır və bu gün öz vaxtına və əsəblərinə dəyər verən müştərilər xoş, sakit və qayğısız bir şəraitdə alış-veriş etməyi üstün tuturlar.
SmartOn çoxillik peşəkar təcrübəyə malikdir, bunun sayəsində müştərilərin ehtiyaclarını dəqiq bilirik, bu iki vacib amil - ən müasir kommunikasiya və xidmət metodlarından istifadə edərək komandamıza bütün daimi, potensial və gələcək SmartOn müştəriləri üçün alış-veriş prosesinin ən rahat şərtlərini modelləşdirməyə imkan verdi.
Mən www.smarton.az onlayn mağazasının təzəcə yenilənmiş versiyası barəsində danışıram, burada müştərilərlə ən innovativ kommunikasiya üsulları təqdim olunub, onları istifadə edərək bir çox problemləri bir toxunuşla həll etmək olar.
- www.smarton.az saytında hansı konkret innovasiyalar təqdim olunur?
- Məsələn, alıcı onu maraqlandıran hər hansı bir məhsulu istənilən vaxt sifariş vermək, texniki xidmətə müraciət etmək və onlayn olaraq bir çox suallara cavab almaq imkanı olan chatbotu tətbiq etdik. Qeyd edim ki, chatbot SmartOn həmçinin Facebook Messenger sosial şəbəkəsinin istifadəçiləri üçün də mövcuddur.
- www.smarton.az saytının istifadəsi nə qədər asandır?
- Yenilənmiş saytın vacib üstünlüklərindən biri onun infrastrukturudur və burada məqsəd yalnız məhsulu platformada gözəl təqdim etmək və istifadənin rahatlığına diqqət yetirmək deyil - dizaynerlər və proqramçılar komandası bu vəzifənin öhdəsindən mükəmməl gəldi.
SmartOn.az-da işin ən vacib hissəsi müştəri "sifariş vermək" düyməsini basdıqda başlayır - bu anda müştəri üçün əlverişli vaxt və məkana malın çatdırılması üçün tələb olunan həm ciddi infrastruktur, həm də ən qabaqcıl çatdırılma proseslərinin tətbiqi sistemi işə başlayır.
- SmartOn kreditlə mal almağa imkan verirmi?
- Bəli, bu mümkündür. Saytda təqdim olunan geniş çeşidli məhsullarla yanaşı, SmartOn kreditlə mal almaq istəyən müştərilərə də qayğı göstərir - faizsiz kredit əldə etmək üçün əlverişli şərtlər təklif edir.
Smarton müştərilərlə fəal şəkildə əlaqə qurur, Facebook və Instagram sosial şəbəkələr vasitəsilə bazara daxil olan bütün yeni məhsullar və müxtəlif aksiyalar haqqında ətraflı məlumat verir. İzləyicilərimiz hər gün ən son endirimlər və məhsullar haqqında zəruri məlumatları alırlar.
Daha bir vacib məqamı qeyd edim - rəqəmsallaşmanın əsası olan müasir texnologiyaların inkişafı maraqlı bir xüsusiyyət ilə səciyyələndirilir: hər il inkişaf etdikcə daha çox müştəri yönümlü olur, yəni onlardan istifadə daha sadə və rahat olur.
- Bəs SmartOn tərəfindən təqdim olunan servis xidməti barədə nə deyə bilərsiniz?
- Təqdim etdiyimiz xidmətin səviyyəsindən danışırıqsa, müştərilərimizin rəğbətini və etibarını qorumaq üçün ən vacib bağlantı olan zəmanət və zəmanət sonrası xidmətdən danışmamaq mümkün deyil. Əksər hallarda müəyyən bir texnikanı seçərkən müştərilərə böyük təsir göstərən bu sahədən də yeniliklər yan keçmədi.
Uzun illərdir ki, SmartOn şirkətinin bazasında istehsalçı tərəfindən sertifikatlaşdırılmış texniki heyət və müasir avadanlıqları olan Servis Mərkəzi fəaliyyət göstərir. Dekabr ayından etibarən isə www.smarton.az saytı vasitəsi ilə avadanlıqların təmir gedişatını onlayn olaraq izləmək mümkün oldu, bu, şübhəsiz ki, böyük bir yenilikdən başqa, ümumilikdə böyük bir üstünlükdür.
- 2020-ci ildə SmartOn-dan hansı yenilikləri gözləyək?
- 2020-ci ildə SmartOn xidmətlərin yaxşılaşdırılması və dünya elektronika istehsalçılarının ən son yeniliklərini Azərbaycan bazarına təqdim etmək üçün səylərini davam etdirəcəkdir.
Ən premium OLED televizorlarının yeni bir model xətti, yüksək texnologiyalı məişət texnikası və iqlim avadanlığı da daxil olmaqla bir çox fərqli yeni məhsullar satışa çıxacaq.
Reklam hüququnda