Bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 23-ü qeyri-iş günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 23-ü qeyri-iş günüdür

10:15 - 20 / 12 / 2019
Bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 23-ü qeyri-iş günüdür

Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar gələn həftənin bazar ertəsi - dekabrın 23-ü qeyri-iş günüdür.

Seçki Məcəlləsinin 8-ci maddəsinin (Seçkilərin (referendumun) təyin edilməsi müddəti) 2-ci bəndinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

Bələdiyyə seçkiləri respublika üzrə keçirildiyindən dekabrın 23-ü qeyri-iş günüdür.

APA

S.Xankişiyeva

Paylaş:
806

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər