Çölləri və dənizləri qaçqınlara məzar etmək ədalətsizlikdir - Roma Papası
Katolik dünyasının lideri Papa Fransisk yeni il münasibətiylə yayımladığı mesajında Yaxın Şərqdəki vəziyyətə diqqət çəkib.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Roma Papası dünya ictimaiyyətini Suriya, Livan və digər region ölkələrində sabitliyin bərpa olunması üçün dəstək verməyə çağırıb. O bildirib ki, qaçqınları köç etməyə məcbur etmək, çölləri və dənizləri onların məzarları halına gətirmək ədalətsizlikdir.
Roma Papası son 10 ildə torpaqları düşmən tapdağına məruz qalan Suriyada sabitliyin bərpa olunmasını diləyib.
1news.az
808