Pikassonun rəsmini ölkədən çıxarmaq istəyən milyarder həbs olundu
Madrid məhkəməsi 83 yaşlı milyarder bankir Xayme Botini, Pablo Pikassonun "Gənc qadının başını" rəsm əsərini İspaniyadan çıxarmaq istədiyi üçün 52.4 milyon avro cərimə və 18 ay həbs cəzasına məhkum edib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, iki ilə qədər həbs cəzası İspaniyada qayda olaraq şərti kəsilir. Qərarda deyilir ki, bankir cərimə ödəməsə, iki ay həbs cəzası alacaq. Rəsm dövlət mülkiyyəti kimi tanınıb. Vəkillər qərardan şikayət etmək niyyətindədirlər.
Prokurorluq Botinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və 100 milyon avro cərimə ödəməsini tələb edirdi.
Rəsm əsəri Botinin şəxsi mülkü olsada, İspaniyanın milli tarixi irsi siyahısına daxil edilib və dəyəri 26,2 milyon avrodur. Botin onu hərracda satmaq niyyətində idi. Ancaq "Christie's House" (Hərrac evi), İspaniya Mədəniyyət Nazirliyindən satışa icazə verən sənədləri istəyib. Mədəniyyət Nazirliyi icazə verməkdən imtina edib və rəsmin ölkə xaricinə ixraca müvəqqəti qadağa tətbiq edib. Buna baxmayaraq, Botin əsəri şəxsi yaxtasında Fransız Korsikasına gətirib və fransız gömrükçüləri tərəfindən saxlanılıb.
Sənət əsəri hal hazırda Madridin Kraliça Sofiya Muzeyində saxlanılır.
1news.az