Məktəbdən qovulan qız 2 ildən sonra milyoner oldu - FOTO | 1news.az | Xəbərlər
Dünya

Məktəbdən qovulan qız 2 ildən sonra milyoner oldu - FOTO

12:19 - 05 / 02 / 2020
Məktəbdən qovulan qız 2 ildən sonra milyoner oldu - FOTO

Şotlandiyanın Qalasqov şəhərində Olivia Conlon adlı qız öz şirkətini quraraq milyoner olub.

1news.az-ın ölkə.az-a istinadən verdiyi xəbərə görə, Olivia adlı gənc qız 13 yaşında olarkən məktəbdə sinif yoldaşlarından və müəllimlərindən gördüyü pis rəftardan narahat olaraq öz işini qurmağa qərar verib. O Çindən aldığı süni dırnaqları internetdə onlayn mağazada satıb. Satışlardan 5 min sterlin gəlir əldə edən Olivia 19 yaşında məktəbdən qovularaq öz təmir-tikinti şirkətini qurub.

Şirkəti qurduqdan bir il sonra 30 min sterlin, ikinci il 1 milyon sterlin qazanc əldə edib. İldə 300-dən artıq ev təmir etdirən gənc qız anasını və qardaşını da işə götürərək 10 nəfərlik işçi kollektivi yaradıb. Olivia çətinliklərin onu bu qədər güclü və bacarıqlı etdiyini deyib.

1news.az

Paylaş:
1253

Son xəbərlər

Bütün xəbərlər