Dünyanın 10 ən güclü Android smartfonu açıqlandı
Antutu Benchmark yanvar ayı üçün dünyanın 10 ən güclü smartfon siyahısını açıqlayıb. Sıralamda əsas yerləri çin istehsalı smartfonlar tutub və Samsung kimi A brend markalardan modellər siyahıda yer almayıb.
1news.az techland.az-a istinadən bildirir ki, ilk üç yer çin markası Vivo'nun üç modeli iQOO Neo 855, iQOO Pro 5G və Vivo NEX 3 5G tutublar. Modellərin hər üçü Snapdragon 855+ prosessoru əsasında çalışırlar və mayə soyutma sistemləri ilə təhciz olunublar. Cihazların Antutu balları müvafiq olaraq 504 796, 502 288 və 498 223 olaraq açıqlanıb. İlk beşliyi yenədə çin modelləri OnePlus 7T Pro və 7T bağlayırlar.
Son 5 yer isə belədir: Asus ROG 2, realme X2 Pro, Honor V30 Pro, Oppo Reno Ace və Huawei Mate 30 Pro.
Qeyd edək ki, sıralamanın bir çox modelləri Snapdragon 855+ prosessoru ilə təhciz olunub.
1news.az