Azərbaycanın riyakar AŞPA-nın simasında “Avropaya açılan qapıya” ehtiyacı var?

Azərbaycan illərdir Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qərəzlilik və ikili standartlar siyasətinin yer aldığı “demokratiya müdafiəçisi” tərəfindən təzyiqlə qarşılaşır.
Açığı, Avropa təşkilatının ölkəmizə qarşı oxşar mövqeyi sadəcə xəstəlik halına çevrilib. AŞPA-da başqa bir şey icad edilə bilmədiyi üçün, “Azərbaycanda siyasi məhbus” və mətbuat azadlığı kimi standart mövzu tez-tez təkrarlanır.
Bu dəfə AŞPA, “Avropadakı jurnalistlərin təhlükəsizliyi və medianın təhdidləri” və Azərbaycanda olmayan siyasi məhbuslarla bağlı cansıxıcı qətnamələr qəbul edərək, bu təşkilatın əməkdaşlıq və qarşılıqlı dialoqun nə demək olduğunu anlamadığını nümayiş etdirdi.
Yaxın günlərdə fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməsindən danışıb:
“Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində... Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”.
Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib:
“Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik”.
Azərbaycan hər zaman bütün öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bəyan edib, lakin bununla yanaşı, insan haqları məsələsinin siyasiləşdirilməsinə, onun Azərbaycana təzyiq vasitəsi kimi istifadəsinə qarşı çıxır və AŞPA-nı bu məsələdə konstruktiv dialoqa çağırır. Bunun müqabilində isə, yalnız tənqidlə qarşılaşır, həmçinin ölkəyə münasibətdə qərəzli qətnamələr və qərarlar qəbul edilməkdə davam edirlər.
“Bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik”, – deyə Prezident İlham Əliyev bəyan edib.
Siyasi, iqtisadi və hüquqi sahədə dərin islahatlar aparılan, korrupsiya ilə mübarizə ilə bağlı ciddi tədbirlər görülən Azərbaycan kimi dövləti hədəf seçən AŞPA, bununla yanaşı açıq şəkildə pozuntular baş verən digər ölkələrə rahatlıqla göz yummağa üstünlük verir.
Nümunə üçün, elə həmin Ermənistanı götürək.
Bir ildən çoxdur ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsdədir. Və o, siyasətlə fəal şəkildə məşğul olacağını bildirdikdən sonra həbs olunub.
Və yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın hərəkətləri və bəyanatları Konstitusiya Məhkəməsinin sədrinə eks-prezident Robert Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək üçün təzyiq göstərdiyini inandırıcı şəkildə sübut etdi. Məgər bu, siyasi motivlər əsasında təqib deyil? Həmçinin digər sabiq prezident – Serj Sarkisyana qarşı da cinayət işi açılıb. Bəs yaxşı, demokratiya və insan haqları müdafiəçiləri haradasınız?!
Ermənistanda hər zaman jurnalistlərə, siyasi fəallara daim təzyiqlər olur və onların adlarının siyahısı kifayət qədər uzundur. Sadəcə bir faktı nümunə gətirək: 2019-cu ilin yanvar 26-da “Erməni qartalları – vahid Ermənistan” ictimai təşkilatının sədr müavini, Haynews.am xəbər saytının koordinatoru Mqer Yegiazaryan həbsxana həyatını itirdi.
AŞPA bu ölümə qəribə sakitliklə yanaşdı. Azərbaycanda hər bir “siyasi məhbusa” bu qədər acı reaksiya göstərən və reaksiyası bir qayda olaraq, qətnamələrində, sərt bəyanatlarında öz əksini tapdığı halda AŞPA erməni jurnalistin ölümü ilə bağlı bir kəlmə belə söyləmədi.
Yanvarın 28-də xüsusi təyinatlı polis əməkdaşları müxalif “VETO” hərəkatının qurucusu Narek Malyanı saxladılar. Və onun tərəfdarları polis bölməsinə gedəndə hüquq-mühafizə orqanlarını daha bir neçə nəfəri saxladı.
Ermənistandakı siyasi təqiblər, hakimiyyət tərəfindən aktivistlərə qarşı ciddi təzyiq faktları, bu ölkədə keçirilən seçkilər zamanı dəfələrlə səsləndirilən saxtakarlıq, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsi AŞPA-da qətnamənin qəbul edilməsi üçün heç bir fürsət deyil.
Parlament Assambleyası Gürcüstan və Ukraynadakı siyasi təqiblərə də göz yumur.
Gürcüstanın keçmiş müdafiə naziri İrakliy Okuraşvili 11 iyun 2019-cu ildə “Qalib Gürcüstan” siyasi hərəkatını yaratdı və eyni il 20-21 iyul tarixində Tbilisidə iğtişaşların təşkili, rəhbərliyi və iştirak etməsi ittihamı ilə 27 iyulda həbs edildi.
2019-cu ildə Gürcüstan müxalifətinin liderlərindən biri Quram Çalaqaşvili həbs edildi; 2017-ci ildə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə qarşı cinayət işi açıldı; başqa bir keçmiş prezident – bu dəfə Ukraynanın sabiq dövlət başçısı Petro Poroşenkoya qarşı cinayət işi açıldı.
AŞPA Avropanın “demokratik” dövlətlərində – narazı vətəndaşların nazını çəkməyən və orada keçirilən etiraz aksiyaları çoxlu sayda ölüm hadisəsi ilə nəticələnən ölkələrə “fikir vermir”. Avropada polis özbaşnalığı, zorakılığı, aksiya iştirakçılarına qarşı it hücumları, atlarla əzilənlərə qarşı tam laqeydlik hökm sürür, həmçinin milli, dini və irqi ayrıseçkiliyinə dair bir çox sübut var.
2018-ci ilin payızıdından – 2019-cu ilin qışına qədər Fransada hökumət əleyhinə mənzil-kommunal xidmətləri tarifləri və bensizinin qiymətinin artımına qarşı “sarı gödəkçələr” etiraz aksiyaları keçirildi. Elə əvvəldən, hökumət “yumşaq sözlərlə Respublika nizamını qorumaq niyyətində olmadığını” bildirdi.Nəticədə etirazçılara qarşı bütün repressiv təsir üsulları tətbiq olundu: gözyaşardıcı qazdan, səsli qumbaralardan və su silahlarından tutmuş kütləvi həbslərə qədər. Və burada belə bir sual yaranır: Nə üçün AŞPA-da hakimiyyətin bu cür nizamsıqlığına qarşı heç bir reaksiya verilmədiyi halda, Azərbaycan daim nişanın altındadır?”
Cavab, necə deyərlər, çox bəsitdir. Bunun “günahı” – hər zaman açıq və qətiyyətlə milli maraqları ön plana çıxaran, tamamilə qanuna uyğun olaraq vətəndaşların bütün hüquq və azadlıqlarını, medianın müstəqilliyi, söz və mətbuat azadlığı təmin edən Azərbaycanın müstəqil siyasətidir.
Bundan əlavə, Azərbaycan hər zaman ölkədə demokratiyanı inkişaf etdirmək üçün Avropa institutları ilə konstruktiv dialoqa hazır olduğunu bildirib. Lakin ölkəmiz AŞPA-nın seçdiyi təhdid və təzyiq dilini qəbul etmir.
Bu təşkilatın Azərbaycanla bağlı qərəzli mövqeyi məyus edir. Ancaq bu qərəz, ilk növbədə AŞPA-nın özünün nüfuzuna xələl gətirir, obyektivliyini şübhə altına salır.
Bu təşkilatda başa düşməlidirlər ki, – onun fəaliyyəti yüksək dəyərlərin şəxsi məqsədləri üçün istifadə edilməsinə deyil, ölkələrin müstəqilliyini dəstəkləməyə yönəldilməlidir. AŞPA Azərbaycana nə qədər ehtiyac duyduğunu anlamalıdır – çünki riyakarlıq və ikili standartların hökm sürdüyü bu təşkilatda ölkəmizi heç nə saxlamır.
Lakin görünür, Azərbaycanın əməkdaşlığa hazır olduğunu anlamaq əvəzinə, AŞPA-da ölkəyə təzyiq taktikası seçilib.
Bu vəziyyətdə təşkilatın obyektivliyinə və konstruktivliyinə güvənməyin mənası var? Riyakar AŞPA-nın simasında ölkəmizin “Avropaya açılan qapıya” ehtiyacı var?
Görünür, Azərbaycanın bu təşkilata üz çevirməkdən başqa çarəsi yoxdur. Lakin AŞPA Rusiyanı səsdən necə məhrum etdiyini, sonra qərarının nə dərəcədə yalnışlığını anlayaraq onu ləğv etdiyini xatırlamalıdır.
Necə deyərlər, tüpürdüyünü yalama...