“Samsung” qatlanan smartfonunu təqdim etdi – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Samsung” qatlanan smartfonunu təqdim etdi – VİDEO

15:56 - 12 / 02 / 2020
“Samsung” qatlanan smartfonunu təqdim etdi – VİDEO

Cənubi Koreyanın "Samsung" şirkəti fevralın 11-də San-Fransisko prezentasiyasında yeni qatlanan ekranlı smartfonunu təqdim etdi.

"Galaxy Z Flip" Samsungun yeni mmodeli belə adlanır. "Samsung" nümayəndəsi Rebekka Xerst izah etdiyi kimi, telefon açılmış vəziyyətdə 6.7 düymlük ekrana sahibdir. Xerstin sözlərinə görə, ekranda çox nazik şüşədən istifadə olunub.

"Galaxy Z Flip" müştərilərə qara, qızılı və bənövşəyi rənglərdə təqdim olunacaq. ABŞ-da bu smartfonların satışı fevralın 14-də başlayacaq.

"Galaxy Z Flip" smartfonunun qiyməti ABŞ-da 1380 dollar təşkil edəcək.

1news.az

Paylaş:
7166

Son xəbərlər

Bütün xəbərlər