Türk bloger Yerevanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirdi - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Türk bloger Yerevanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirdi - VİDEO

11:25 - 13 / 02 / 2020
Türk bloger Yerevanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirdi - VİDEO

Türkiyəli araşdırmaçı-bloger Ruhi Çenet Ermənistanın paytaxtı Yerevana səfər edib.

1news.az-ın məlumatına görə, Yerevanda bir həftə keçirən bloger müxtəlif mövzularla yanaşı, Ermənistan vətəndaşlarından Xocalı soyqırımı ilə bağlı sorğu keçirib.

Bloger vətəndaşlardan Xocalı soyqırımı, Türkiyə və türklər barədə soruşub.  

Azərbaycanlılara və türklərə nifrət etdiyini söyləyən ermənilər Xocalı soyqırımında özlərini müdafiə etməyə cəhd göstəriblər. 

Ruhi Çenet əhalisinin 53%-i qadınlardan ibarət olan Ermənistanda kişilərin böyük əksəriyyətinin ölkə xaricində çalışdığını vurğulayaraq, məhz bu səbəbdən Ermənistanın “qadınlar ölkəsi” adlandırıldığını deyib.

Fevralın 12-si “Youtube”a yüklənən videoya baxış sayı qısa müddətdə 1 milyonu ötüb.

1news.az

 

Paylaş:
3049

Son xəbərlər

Bütün xəbərlər