İnternetdə övladını satmaq istəyən ana həbs olunub | 1news.az | Xəbərlər
Dünya

İnternetdə övladını satmaq istəyən ana həbs olunub

13:54 - 18 / 02 / 2020
İnternetdə övladını satmaq istəyən ana həbs olunub

Rusiyada övladını internet üzərindən satmaq istəyən Lyudmila Nefedova adlı qadın azadlıqdan məhrum edilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Moskva məhkəməsi insan alveri ilə məşğul olan 24 yaşlı qadına 4 il yarım həbs cəzası verib.

Qeyd edək ki, əslən qırğız olan Lyudmila Nefedovanın 3 övladı var. Ana həbs olunduqdan sonra övladları nənəsinin himayəsinə verilib.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər