Pərviz “Survivor”da komandasını təkbaşına qalib etdi – VİDEO
Acun İlıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Survivor" yarışında iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev iki gündən sonra nəyə qadir olduğunu göstərib.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Pərviz ardıcıl 3 məğlubiyyət alaraq yemək mükafatlarını itirən "Məşhurlar" komandasını aclıqdan xilas edib.
"Survivor"un üçüncü yarış günündə ikinci "ödül" oyununa hər komandadan bir güclü qadın və bir kişi iştirakçının seçilərək yarışacağı elanından sonra Pərviz məsuliyyəti üzərinə götürmək istədiyini bildirib. Komandasından "hə" cavabı alan Pərviz "Könüllülər"in ən iddialı iştirakçısı hesab edilən Yasin Obuzla qarşı-qarşıya gəlib.
Hesabın 3-dən olduğu çətin parkur yarışında Pərviz 4 qarşılaşmanın üçündə qələbə qazanaraq komandası üçün yaxşı şans əldə edib. Lakin komandanın ("Məşhurlar") qadın iştirakçısı Elif rəqibi Məryəmə ("Könüllülər") 3:0 məğlub olaraq bütün məsuliyyəti yenidən Pərvizin üzərinə atıb. Bayraq yarışında yenidən yarışan Pərviz Abdullayev rəqibini qabaqlayaraq komandasına vacib qələbə qazandırıb.
Bu da sözügedən kadrlar:
1news.az