İranda koronovirusdan ölənlərin sayı artıb
İranda daha 13 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 13 nəfərdən 7-i Qum, 4-ü Tehran və 2-i Azərbaycanla sərhəd bölgədə yerləşən Gilan əyalətindədir.
O bildirib ki, bu şəxslərin analizləri onların koronavirusa yoluxduğunu təsdiq edir.
Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhərindəndir və ya son həftələr ərzində bu şəhərdən geri qayıdanlardır.
O, koronavirusa yoluxmaqda şübhəli bilinən daha iki nəfərin vəfat etdiyini bildirib.
1news.az
1120