Ərdoğanın köməkçisi: “Bu hücumun bədəlini ödətdirəcəyik”
“Bəşər Əsədə bu hücumun bədəlini ödətdirəcəyik”
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay deyib.
Tarixə müharibə cinayətkarı olaraq keçəcək olan terror dövlətinin başçısı Əsəd və rejim ünsürləri bu alçaq hücumun bədəlini ağır ödəyəcəklər. Ölkəmizin sərhəd təhlükəsizliyini təmin üçün İdlibdə olan əsgərlərimizə qarşı təşkil olunan hücumda Mehmetciklərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Başımız sağ olsun”
Xatırladaq ki, İdlibdə Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub.
Qafar Ağayev
648