Martın 6-na olan koronavirus üzrə statistika: dünyada 98 698 yoluxma halı qeydə alınıb – FOTO
Martın 6-na olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 98 698 nəfər təşkil edir, onlardan 3 383 nəfəri vəfat edib, 55 444 isə sağalıb.
Ən çox epidemiyanın mərkəzi – Çində bu günə qədər 80 555 nəfər infeksiyaya yoluxub. Onlardan 2 931 nəfəri ölümlə nəticələnib, 41 966 nəfər isə sağalıb.
Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.
Xəritə Ümumdünya Səhiyyə təşkilatının (ÜST), eləcə də ABŞ, Çin və Avropada Xəstəliklərə Nəzarət Mərkəzlərinin məlumatlarını əks etdirir.
Xəstəliyə yoluxanların sayına görə ikinci yerdə Cənubi Koreya (6 593 nəfər), üçüncü yerdə İtaliya (3 858), dördüncü yerdə İran (3 513) yer alır. Təxminən bir ay ərzində Yaponiya sahillərində karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində 696 nəfər infeksiyaya yoluxub.
Daha sonra Almaniya (545), Fransa (423), Yaponiya (360), İspaniya (282), ABŞ (233), İsveçrə (119), Sinqapur (117), Böyük Britaniya (116), Hong Kong (105), İsveç (94), Norveç (91), Hollandiya (82), Avstraliya (60), Küveyt (58), Bəhreyn (55), Malayziya (50), Belçika (50), Tailand (48), Kanada (46), Tayvan (44) ), Avstriya (43), İraq (36), İslandiya (34), Yunanıstan (31), Hindistan (30), Birləşmiş Ərəb Əmirlikləri (29), San Marino (21), Əlcəzair (17), Oman (16), Vyetnam (16), Livan (16), İsrail (16), Ekvator (13), Çexiya (12), Finlandiya (12), Xorvatiya (11), Makao (10), Danimarka (10), Portuqaliya (8), Qətər (8), Azərbaycan (6), Rumıniya (6), İslandiya (6), Belarusiya (6) ölkələri gəlir.
Səudiyyə Ərəbistanı, Pakistan, Filippin və Meksikada - 5, Fələstin, Yeni Zelandiya, Rusiya, Seneqal, Braziliya, Çili və Gürcüstanda - 4, Estoniya və Misirdə - 3, Argentina, Sloveniya, Bosniya və Herseqovina, İndoneziya, Macarıstan, Lüksemburq, Mərakeş – 2 nəfərdə yoluxma halı qeydə alnıb.
Litva, Kamboca, Şimali Makedoniya, Monako, Əfqanıstan, Ermənistan, Ukrayna, Şimali Afrika, Kosta Rika, Nigeriya, Tunis, Andorra, Nepal, İordaniya, Polşa, Latviya, Şri-Lankada isə tək halda virusa yoluxma halı qeydə alınıb.
Hazırda Azərbaycanda 3 nəfərin virusa yoluxma halı qeyd olunub. İlk vəziyyət fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.
Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.
Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.
Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.
Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!
ÜST mövsümi zökəmlə koronavirus arasında fərqlərdən danışıb – VİDEO
Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
Tərcümə: S.Xankişiyeva